image-n1karobka_ads
image-123
image-img1295678backend

Xırdalanda fırıldaq ifşa olundu – FOTO

image-ad_qayo_720x110px

Xırdalan şəhərində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexində laboratoriya sınaqları nəticəsində toyuq məhsullarının “kənd toyuğu” təəssüratı yaratmaq məqsədilə sarı rəngə boyandığı müəyyən edilib.

Doğru.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, sexdə toyuqların “Tartrazin (E102)” qida əlavəsindən istifadə olunaraq rəngləndirilməsi aşkarlanıb. “Tartrazin (E102)” sintetik sarı boya olub, dərman və kosmetik vasitələrdə də işlədilir və insanlarda həssaslıq və allergiya kimi yan təsirlərə səbəb ola bilər.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri, M. Müşfiq küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən fiziki şəxs Şahin Salam oğlu Salahova məxsus quş kəsimi sexinin işini dayandırıb.

Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb. Toyuqların kəsimi və məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib.

DOĞRU.AZ

image-17676932343853462817_1200x630 image-17676932343725742278_1200x630image-17676932343332335385_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki