image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20220227-105439_gallerybackend

“XOCALI”, UNUDULMAYAN TARİXİMİZ

image-728x90px

“BAKI GƏNCLƏR MƏRKƏZİ” nin  və “EMEDIA GROUP” Media təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu il dönümünə həsr olunmuş “XOCALI TARİXİN QAN YADDAŞI” adlı tədbir keçirilmişdir.
Tədbi ilk öncə Elnurə və Aygün İsgəndərovanın Bədii rəhbərliyi ilə Rəsm sərgisinin açılışı başladı.

Azərbaycan Rəssamlıq Akadeniyasının müəllim və tələbələri, Azərbaycan Pedaqoji Universitetinin müəllim və rəssamları, Biləsuvar Dövlət Rəsm Qaleriyasının rəssamlarının 80 əsəri sərgiləndi.

Xocalı soyqırımının 30-cu  ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir.
Hər il bu faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən qeyd olunur.

Bu gun burda anım mərasimi etmə səbəbimiz əsas odur ki biz Xocalını unutmadık..unudmayacağıq və unutdurmayacagiq.

Gecəyə qatılan iştirakçılar Xocalı Soyqırımı haqqında xatirələrini danışdılar və hər biri qeyd etdi ki, erməni terrorunun nəticəsində vəhşicəsinə qətlə yetirilən soydaşlarımızın qanı yerdə qalmayacaq.  Həmçinin Xocalı soyqırımının dünyada tanıdılması üçün hər bir Azərbaycanlı yüksək səviyyədə iş aparır və dövlətimizin buna yüksək dəstək göstərdiyini qeyd etdilər.

Millət vəkili Vüqar İskəndərov, Erhan Ufak (KURTLAR VADİSİ serialının aktyoru) Dürdanə Ağayeva (8 gün əsirlikdə olan xanım), Kamil Dünyamalıyev (Türkiyədə Meşə yanğınları zamanı Türkiyə bayrağını yanğından çıxaran FHN əməkdaşı), Qazi Zakir İmanov (Türkiyədə Beynəlxalq tədbirdə XARI BÜLÜBÜL ü təqdim edən Qazi) iştirak etdilər.

8 gün Erməni əsirliyində olan Dürdanə Ağayeva başına gətirilən və şahid olduğu,   Ermənilərin bizim xalqa etdiyi vəhşiliklərdən danışdı.
Və sonda Rəssamlar “XOCALI TARİXİN QAN YADDAŞI” adlı sərgidəki iştiraklarına görə sertifikatlarla təltif edildi.

DOĞRU.AZ

image-fb_img_1645944429645 image-screenshot_20220227-105036_whatsapp image-screenshot_20220227-104845_whatsapp image-screenshot_20220227-104838_whatsapp image-screenshot_20220227-104830_whatsapp image-screenshot_20220227-104856_whatsapp image-fb_img_1645944451744 image-fb_img_1645944445297 image-fb_img_1645944441037 image-fb_img_1645944435842 image-fb_img_1645944413358

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki