Paytaxt Cakartada baş verən yanğında İndoneziya Milli Muzeyinə ciddi ziyan dəyib.
Bu barədə “Jakarta Globe” məlumat yayıb.
Nəşr aydınlaşdırır ki, yanğın iki yüz minə yaxın qədim eksponatın, o cümlədən tarixdən əvvəlki eksponatın saxlanıldığı muzeyə düzəlməz itkilər verib.
Polisin məlumatına görə, muzeyin ən azı dörd sərgi zalı tamamilə yanıb. Foye də dağılıb, dam örtüyü uçub.
Yanğın zamanı xəsarət alan olmayıb, yanğın söndürülüb. Polis muzeydə çoxlu yanar materialların olduğunu bildirib.
Yanğının hansı səbəbdən baş verməsi istintaqla müəyyənləşəcək.
Məlumdur ki, muzeydə ən azı 190 min tarixi əsər, xüsusən də İndoneziyanın ən qədim tunc Buddist heykəli – Dipankara heykəli saxlanılır.
Mənbə: A Haber