image-2000x150px
image-yenigundem_26b1f1fb9c27f71cdd39c866e096ee5e_0pm16bze5loqxs73v2ui-620x460backend

YAP-çı deputat Goranboyda vətəndaşları qəbul etdi

image-728x90px

Mütəmadi olaraq təmsil etdiyi dairədə yaşayan seçicilərlə görüşən, onların problemləri ilə maraqlanan YAP-çı millət vəkili Anar Məmmədov növbəti dəfə Goranboy rayonu Heydər Əliyev Mərkəzində pandemiya qaydaları çərçivəsində seçiciləri ilə görüş keçirib.

Qəbuldan öncə millət vəkili bir qrup ziyalılarla birlikdə ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, önünə gül dəstələri düzmüşdür. Daha sonra Heydər Əliyev Mərkəzində müxtəlif sosial qrupları təmsil edən şəxslərin iştirakı ilə seçicilərin qəbulu baş tutmuşdur.

Qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən millət vəkili onların müraciət və təkliflərini dinləyib. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb. Həmçinin pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara karantin rejiminin şərtllərinə əməl etmələri, eyni zamanda vaksinasiya olunmaları tövsiyə olunub.

Görüşdə iştirak edən sakinlər sonda Goranboy rayonunun əhalisinə dövlətimiz tərəfindən göstərilən diqqətə və qayğıya görə  ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki