image-ads_n1karobka_mobile
image-20200719_gaf_u39_400-pic_32ratio_900x600-900x600-73055backend

Yaponiya ABŞ və Çin arasındakı münasibətləri dünya birliyi üçün vacib hesab edir

Vaşinqtonla Pekin arasında münasibətlər dünya ictimaiyyəti üçün vacibdir.

RİA Novosti xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

Matsunonun sözlərinə görə, ABŞ və Çin arasındakı münasibətlər bütün dünya üçün son dərəcə vacibdir. Yaponiya rəsmisi qeyd edib ki, Vaşinqtonla güclü və etibarlı müttəfiq münasibətləri olan Tokio onunla müxtəlif sahələrdə əməkdaşlığı davam etdirəcək, həmçinin Çindən “böyük dövlətin vəzifələrini” yerinə yetirməsini tələb etməyə çalışacaq.

Bundan əvvəl bildirilmişdi ki, Yaponiya hökuməti Çin Xalq Azadlıq Ordusunun hərbi-dəniz qüvvələrinin tədqiqat gəmisinin Yakusima adası ərazisində onun ərazi sularını pozmasına görə Çinə etirazını və ciddi narahatlığını bildirib.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Çinə məxsus gəmi təxminən üç saat ölkənin ərazi sularında olub, daha sonra qərb istiqamətində hərəkətini davam etdirib.

Mənbə: RİA Novosti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki