Yaponiya hələ də AUKUS ölkələrinin heç birindən (Avstraliya, Böyük Britaniya, ABŞ) alyansa qoşulmaq üçün rəsmi dəvət almayıb.
Bu barədə “İzvestiya” ölkənin Rusiya Federasiyasındakı səfirliyinə istinadən məlumat yayıb.
“ABŞ, Avstraliya və Böyük Britaniya Yaponiyanı AUKUS-da iştirak etməyə dəvət etməyib”, – diplomatik nümayəndəlikdən bildiriblər.
Eyni zamanda, onlar Tokionun Vaşinqton, eləcə də Avstraliya və Böyük Britaniya ilə əməkdaşlığı təşviq etdiyini qeyd ediblər.
Onlar əlavə ediblər ki, Yaponiya hakimiyyəti Asiya-Sakit okean regionunda “sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verərək” alyansın səylərini ardıcıl olaraq dəstəkləyir.
Mənbə: Gazeta.ru