Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib ki, ölkə hökuməti KXDR-in nüvə raket proqramının təşviqi ilə bağlı Tokiodan verilən məlumata görə, üç təşkilat və dörd nəfərə qarşı əlavə sanksiyalar tətbiq etmək qərarına gəlib.
Bu barədə TASS məlumat yayıb.
O vurğulayıb ki, Tokio Şimali Koreyanın nüvə raket proqramı ilə əlaqəsi olan təşkilatlara və dörd şəxsə qarşı əlavə sanksiyalar tətbiq edir.
Yaponiya hökumətinin fikrincə, Pxenyanın raket sınaqları təxribat olmaqla yanaşı, regional və beynəlxalq təhlükəsizliyə təhdiddir.
Bundan əvvəl Matsuno bildirib ki, Yaponiya növbəti raket buraxılışı ilə bağlı Şimali Koreyaya etiraz edib.
O, raketin buraxılışının BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq həyata keçirildiyini vurğulayıb və bu məsələ ilə bağlı Yaponiya Milli Təhlükəsizlik Şurasının iclasını elan edib. Raketin Yaponiya hava məkanından keçdiyi bildirilir.
Yaponiya KXDR-də süni peyklə raketin buraxıla biləcəyi barədə əvvəlcədən xəbərdar edilib.
Mənbə: TASS

























