Yaponiyanın SLIM adlı ilk Ay eniş aparatını daşıyan H2A reaktiv daşıyıcısı Kaqosima prefekturasının cənub-qərbindəki Taneqaşima Kosmik Mərkəzindən buraxılıb.
RİA Novosti xəbər verir ki, buraxılış prosesi hazırda Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən yayımlanır.
SLIM eniş aparatının hündürlüyü 2,4 m, çəkisi isə 200 kq-dır. Onun əsas vəzifəsi sifətin tanınması sistemlərinə bənzər texnologiyalardan istifadə etməklə ayın kraterlərini və topoqrafiyasını öyrənməkdir. Bundan əlavə, SLIM Ay səthində süxurlarda dəmir və digər elementlərin tərkibini ölçməyə imkan verən xüsusi kamera ilə təchiz olunub. SLIM 100 m dəqiqliklə yumşaq eniş etməyi hədəfləyir.Müqayisə üçün qeyd edək ki, Apollo 11 ay modulunun dəqiqliyi 20 km idi. SLIM-in XRISM kosmik teleskopunun yanında buraxılması və Şioli kraterinin (13.3° C, 25.2° E) yaxınlığında yerə enməsi planlaşdırılır.
Smart Lunar Lander (SLIM) Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA) tərəfindən hazırlanmış Ay moduludur. Avqustun 28-də Kaqosima prefekturasındakı Taneqaşima Kosmik Mərkəzində əlverişsiz hava şəraiti, xüsusən də güclü küləyin əsməsi səbəbindən daşıyıcı raketin buraxılışı yenidən təxirə salınıb. JAXA modulun Aya buraxılmasının sentyabrın 15-nə qədər planlaşdırıldığını açıqladı.
Mənbə: RİA Novosti