image-2000x150px
image-123
image-ads_atlas
image-ap21142235023129-pic_32ratio_900x600-900x600-71492backend

Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın peyk raketini məhv etməklə hədələyib

image-728x90px

Yaponiya Müdafiə Nazirliyindən verilən məlumata görə, KXDR ballistik raketinin peyklə, eləcə də onun dağıntılarının Yaponiya ərazisinə düşməsi təhlükəsi yaranarsa, Tokio onların məhv edilməsi üçün bütün lazımi tədbirləri görəcək.

Yaponiya Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, fövqəladə vəziyyət zamanı can və mallara dəyən ziyanın qarşısını almaq üçün Şimali Koreya raketi Yaponiya torpaqlarına düşərsə, səlahiyyətlilər onu məhv etmək üçün bütün lazımi addımları atacaqlar.

Bundan əvvəl Şimali Koreyanın yaxın günlərdə kəşfiyyat peykini orbitə çıxaracağı bildirilirdi. KXDR hakimiyyəti Yaponiya Sahil Mühafizəsi ilə əlaqə saxlayıb və peykin buraxılması ilə əlaqədar mayın 31-dən mayın 11-dək olan müddətdə dənizdə təhlükə zonası yaradacaqları barədə xəbərdarlıq edib.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki