image-n1karobka_ads
image-123
image-shutterstock_2080253587-pic_32ratio_900x600-900x600-23407backend

Yaponiya Rusiya Federasiyasına yeni səfir təyin edib

Yaponiya Xarici İşlər Nazirliyi 63 yaşlı Akito Mutonu Tokionun Moskvadakı diplomatik missiyasının yeni rəhbəri təyin etmək qərarına gəlib. 

Həmçinin Kazuyuki Yamazakinin Yaponiyanın BMT-dəki daimi nümayəndəsi təyin edilməsi qərara alınıb. Bundan əvvəl o, İsveçrənin Cenevrə şəhərində Yaponiyanın beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsində çalışıb.

Oktyabrın 21-də Rusiya XİN rəhbərinin keçmiş müavini Kuril adalarının Yaponiyaya verilməsində lobbiçilik etməkdə təqsirli bilinib. Söhbət Rusiya XİN rəhbərinin keçmiş müavini və IMEMO RAS-ın baş elmi işçisi Georgiy Kunadzedən (Rusiya Federasiyasında xarici agent kimi tanınır) gedir.

Bundan əvvəl Yaponiya Rusiya Xarici İşlər Nazirliyinin Tokioya hərbi texnikanın Kiyevə tədarükü ilə bağlı mövqeyini “qəbuledilməz” adlandırmışdı.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki