image-2000x150px
image-123
image-ads_atlas
image-zelzele-indon8backend

Yaponiyada 7,2 bal gücündə zəlzələ oldu

image-728x90px

Yaponiyanın şimal-şərqindəki Miyagi əyaləti yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib.

Doğru.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Agentliyi (JMA) məlumat verib.

Qeyd olunub ki, Miyaginin kənarında, 60 kilometr dərinlikdə zəlzələ qeydə alınıb.

Tektonik sınmadan sonra Miyagi sahilində sunami olması barədə xəbərdarlıq olunub.

Zəlzələ eyni zamanda İvate, Akita, Gunma, Fukushima, Saitama, Aomori və paytaxt Tokionun şimal-şərqində hiss edilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki