image-2000x150px
image-123
image-ads_atlas
image-toy-pic_32ratio_900x600-900x600-47315backend

Yaponiyada nasazlıq üzündən demək olar ki, bütün Toyota zavodlarının işi dayandırılıb

image-728x90px

Yaponiyada Toyota Motor avtomobil şirkətinin 14 zavodundan 12-si nasazlıq səbəbindən fəaliyyətini dayandırıb.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, yalnız iki müəssisə – Fukuoka və Kioto prefekturalarında fəaliyyətini davam etdirir.

Eyni zamanda, baş verənlərin dəqiq səbəbləri göstərilmir, lakin söhbət sistemin nasazlığından gedir. Avtomobil konserninin zavodlarının işinin nə vaxt bərpa ediləcəyi hələlik məlum deyil.

İyulun 10-da bildirilib ki, Yaponiyada yağan güclü leysan yağışlarından sonra Toyota Motor konserni Kyuşu adasında yerləşən üç fabrikin işini dayandırıb.

Mənbə: Autotech

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki