image-ads_n1karobka_mobile
image-694a22b302e8bd18986f616ebackend

Yaponiyada universitet binasında kimyəvi partlayış: bir neçə nəfər xəsarət alıb

image-add-a-heading

Yaponiyanın Naqoya Universitetinin binasında kimyəvi partlayış baş verib.

Doğru.az xəbər verir ki, hadisə Tikus ərazisində qeydə alınıb. Kyodo Tsushin agentliyinin məlumatına görə, hüquq-mühafizə orqanları ilkin olaraq partlayışın bina təmizlənərkən baş verdiyini və kimyəvi maddələrdən birinin partladığını bildirib.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Qurbanların sayı hələ dəqiqləşdirilir, təcili yardım xidmətləri isə hadisə yerində fəaliyyət göstərir.

Qeyd edək ki, dekabrın 20-si Ximkidə də partlayış baş vermişdi. Həmin hadisədə bir yeniyetmə həlak olmuş, bir qadın və bir yeniyetmə oğlan yaralanmışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki