Yaponiyanın baş naziri Fumil Kişida sentyabrın 13-də Nazirlər Kabinetində dəyişiklik etməyi planlaşdırır.
Bu barədə NHK məlumat yayıb.
Bir sıra nazirlərin dəyişdirilməsi Kişidanın 2024-cü ildə keçiriləcək parlament seçkiləri ərəfəsində hökumətin iqtisadi siyasətindən narazılığı azaltmaq cəhdi kimi izah edilib. Bildirilir ki, kadr dəyişikliyi Liberal Demokrat Partiyasının əsas fiqurlarının dəyişdirilməsini nəzərdə tutur.
Agentliyin məlumatına görə, Kişida LDP-də vitse-prezident Taro Aso və baş katib Toşimitsu Moteqinin tutduğu vəzifələri saxlamaq niyyətindədir və digər məmurları əvəz edərkən onların fikirlərini nəzərə alacaq. Qeyd olunur ki, sentyabrın 7-də Aso və Moteqi Kişida ilə görüş keçirib, görüşdə Yaponiya Demokratik Partiyasının hakim koalisiyaya qəbul edilməsinin mümkünlüyü müzakirə olunub.
Mənbə: Haber Global