image-n1karobka_ads
image-123
image-5backend

Yaponiyanın peyki “H2A” raketi ilə kosmosa göndərildi

image-ad_qayo_720x110px

Yaponiya Aerokosmik Tədqiqat Agentliyi (JAXA), ölkəyə məxsus iqlim müşahidə peykini orbitə buraxıb.

Doğru.az Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki. peyki daşıyan” H2A” raketi yerli saatla 01:33-də Kaqoşima prefekturasındakı Tanegaşima Kosmik Mərkəzindən uğurla fəzaya göndərilib.

JAXA-nın verdiyi açıqlamaya görə, peyk təxminən 670 kilometr yüksəklikdə raketdən ayrılıb və günəş panellərini açaraq fəaliyyətə başlayıb.

Qeyd olunur ki, bu, 2001-ci ildən bəri istifadə edilən H2A raketinin 50-ci və son buraxılışı olub. H2A-nı daha aşağı xərcli və daha çox yükdaşıma qabiliyyətinə malik olan H3 raketi əvəz edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki