image-n1karobka_ads
image-123
image-17111705575063812460_1200x630backend

Yardımlı sakini 13 kiloqram narkotiklə saxlanılıb – FOTO

image-ad_qayo_720x110px

Yardımlı rayon sakini 13 kiloqram narkotiklə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Doğru.az“a bölgə müxbirinə verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Tofik Vəliyev saxlanılıb. Onun həyətindəki yardımçı tikilidən 9 kiloqram heroin, 2 kiloqram marixuana, 2 kiloqram metamfetamin və 1 020 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

T.Vəliyevin həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və pul qarşılığında Bakı şəhərinə çatdırmağa razılaşdığı müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-17111705573017552154_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki