image-ads_n1karobka_mobile
image-205742backend

Yardımlıda zəlzələ olub

Yardımlı stansiyasından 10 km şimal-şərqdə zəlzələ qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 16:00-da qeydə alınan yeraltı təkanların maqnitudası 3.3-ə bərabər olub.

Ocağı 11 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki