image-n1karobka_ads
image-123
image-6974152eae5ac962e504669ebackend

Yaxın Şərq üzərindən uçuşlar dayandırıldı

image-add-a-heading

Yaxın Şərq bölgəsində gərginliyin artması bir sıra beynəlxalq aviaşirkətlərin uçuş qərarlarına təsir edib.

Doğru.az xəbər verir ki, NU.nl saytının məlumatına görə, Hollandiyanın KLM aviaşirkəti təhlükəsizlik səbəbindən İsrail, İraq və İran da daxil olmaqla Yaxın Şərq ölkələri üzərindən uçuşları müvəqqəti olaraq dayandırıb.

N12 nəşri isə bildirir ki, oxşar qərar Fransanın Air France aviaşirkəti tərəfindən də verilib və şirkət bir sıra istiqamətlər üzrə uçuşları dayandırıb.

Məlumata əsasən, ləğv edilən və ya müvəqqəti dayandırılan istiqamətlər arasında Dubay, Ər-Riyad, Dammam və Tel-Əviv şəhərləri yer alır.

KLM rəhbərliyi qərarın yalnız uçuş təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıdığını vurğulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki