image-ads_n1karobka_mobile
image-68dc577702e8bd30930e2a9dbackend

Yəməndə husilər Minervaqraxt hücumuna görə məsuliyyəti üzərinə götürdü

image-add-a-heading

Yəmənin Ənsar Allah (Husi) hərəkatı Minervaqraxt gəmisinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Doğru.az xəbər verir ki, hərəkatın silahlı qüvvələrinin sözçüsü Yəhya Sarinin sözlərini “Al Masirah” telekanalı yayıb.

Məlumata görə, gəmi qanadlı raketlə vurulub və birbaşa zərbədən sonra yanğın başlayıb. Nəşrlər gəminin hazırda daşqın təhlükəsi altında olduğunu bildirir.

Qeyd edək ki, Aİ-nin “Aspides” dəniz missiyasının sözçüsü, polkovnik-leytenant Sokrat Ravano daha əvvəl açıqlamışdı ki, hücuma məruz qalan gəminin heyəti arasında iki Rusiya vətəndaşı da olub.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki