Sentyabrın 9-dan 10-dək Dehlidə keçiriləcək klubun sammiti zamanı Afrika İttifaqı (AB) ölkələrinin “Böyük İyirmiliyə” (G20) qoşulmaq üçün müraciəti təmin oluna bilər.
Bu barədə “Times of India” qəzeti yazıb.
Nəşrin məlumatına görə, sammit zamanı bu müraciətə baxılması təşəbbüsü Hindistanın baş naziri Narendra Modinə məxsusdur. Hökumət başçısı G20-yə üzv olan bütün dövlətlərin rəhbərlərinə məktublar göndərib və burada öz ideyasını ətraflı təsvir edib.
Məqalə müəllifləri qeyd ediblər ki, “son dəqiqələrdə fasilələr olmasa, bu, sammitin yekun sənədində öz əksini tapacaq”.
Materialda qeyd olunur ki, Modinin təklifi Hindistan hakimiyyətinin Afrikanın beynəlxalq arenada təmsilçiliyini artırmaq istəyindən xəbər verir. Eyni zamanda, sözügedən qitədə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarına sahib olan və ümumi ÜDM-i 2,4 trilyon dollar təşkil edən bir neçə ölkə var, nəşrin müəllifləri qeyd ediblər.
Mənbə: A Haber