image-2000x150px
image-123
image-ads_atlas
image-1420616-1backend

“Yeni məmurlar özlərini padşah hesab edirlər” – Millət vəkili Fazil Mustafa

image-728x90px

“Vəzifəyə gəldikdən sonra bir şəxsi işdən çıxarmaq belə rahat olmamalıdır. Vəzifəyə təyin olunan yeni məmurlar özlərini padişah hesab edirlər. Düşünürlər ki, kimi istəsələr ölüm hökmünə məhkum edib, kefləri istəyəndə bağışlaya bilərlər”.

Doğru.azxəbər verir ki, bunu “Müsavat TV”nin efirinə deputat Fazil Mustafa deyib. Millət vəkili qeyd edib ki, Azərbaycanda yeni nazir təyinatı olduqda həmin qurumda çalışan hər kəsin ərizəsi alınır. Yüzlərlə savadlı, ağıllı məmur təşviş içində fikirləşir ki, nazir dəyişsə, gəlib öz adamını qoyacaq, məni də atacaq çölə. Fazil Mustafa onu da bildirib ki, müəyyən korrupsioner məmurları vəzifədən uzaqlaşdırılması, yerinə isə gənc və islahatçı kadrların təyin olunması Azərbaycan cəmiyyətinə ümid yaradır. Millət vəkili deputat-nazir münasibətlərinə də toxunaraq qeyd edib ki, nazirlər çalışırlar ki, millət vəkilləri ilə münasibətlərində kəskin davranmasınlar.

“Düzdür millət vəkillərinin sorğusuna nazirlər hörmətsiz yanaşmırlar amma köhnə məktəbi keçmiş nazirlərə zəng edəndə yerində olmasa da 5 dəqiqə sonra geri dönüş edib maraqlanır. Yeni nəslin nümayəndəsi olan gənc nazirlərimiz isə bəzən bunu unudurlar. Birdə görürsən ki sorğudan bir həftə keçib o isə indi məsələnin nə olduğu ilə maraqlanır. Görünür onlar telefonlarına baxmır. Amma eləsi də var ki, şəffaf açıq münasibətlər qurmağa cəhd edir. Nəticədə də cəmiyyət deputatların üzərinə yüklənmir və məsələlərə də çözüm imkanı daha tez mümkün olur”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki