image-n1karobka_ads
image-123
image-68db93ba02e8bd06a561ead5backend

Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası qeydə alınıb

image-ad_qayo_720x110px

Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası müşahidə olunub.

Doğru.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov məlumat verib. Onun sözlərinə görə, geomaqnit aktivlik indeksi Kp 7,33-ə yüksəlib ki, bu da beş ballıq şkala üzrə G3+ kateqoriyalı maqnit qasırğasına uyğundur.

Ekspert əlavə edib ki, sonuncu dəfə bu cür güclü maqnit tufanı iyunun 1-də qeydə alınmışdı.

Qeyd edək ki, institutun baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Sergey Pulinets günəşdə partlayışların müntəzəm baş verdiyini bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki