Yunanıstan Avropa İttifaqından meşə yanğınları ilə mübarizə üçün altı yanğınsöndürmə təyyarəsi tələb edib.
Doğru.az xəbər verir ki, bu barədə RİA Novosti AFP-yə istinadən məlumat yayıb.
Ölkənin bir neçə bölgəsində 45°C-dən yüksək temperatur və güclü külək səbəbindən yanğınlar başlayıb. Yanğının qarşısını almaq üçün mövcud qüvvələr gücləndirilir.
Bundan əvvəl Rusiyanın Ankaradakı səfirliyi rusiyalıları Türkiyəyə səfər planlaşdırarkən yanğınların artması ilə bağlı vəziyyətin pisləşdiyini nəzərə almağa çağırıb.
DOĞRU.AZ