image-2000x150px
image-123
image-ads_atlas
image-a-1backend

Zaqatalada 15 otaqlı ev yanıb

image-728x90px

Zaqatala rayonunda 15 otaqlı fərdi yaşayış evi yanıb.

Şimal-qərb bürosunun məlumatına görə, hadisə Muğanlı kəndində qeydə alınıb.

Belə ki, 1957-cı il təvəllüdlü İbrahim Həsən oğlu İbrahimova məxsus fərdi yaşayış evində yanğın olub.

Yanğın zamanı ümumi sahəsi 480 kvadratmetr olan 15 otaqdan ibarət olan yaşayış evinin 2-ci mərtəbəsindəki 9 otaq və tavan hissəsi tamamilə yanıb.

Evin birinci mərtəbəsində olan 6 otaq isə yararsız vəziyyətə düşüb.

Yanğın yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki