image-n1karobka_ads
image-123
image-686e2b0dae5ac971965a7bdfbackend

Zaxarova: Lavrov KXDR-ə səfər edəcək

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, xarici işlər naziri Sergey Lavrov iyulun 11-dən 13-dək Koreya Xalq Demokratik Respublikasında səfərdə olacaq.

Doğru.az xəbər verir ki, səfər xarici siyasət idarələrinin rəhbərləri səviyyəsində strateji dialoqun ikinci raundu çərçivəsində baş tutacaq.

Qeyd edək ki, iyun ayında Rusiya Mədəniyyət Nazirliyinin rəhbəri Olqa Lyubimova da KXDR-ə işgüzar səfər edib. Həmin səfərdən sonra Rusiya və KXDR arasında əməkdaşlıq planı imzalanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki