Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb mədəniyyət xadimlərini və hüquq müdafiəçilərini Ukraynada rusdilli uşaqların döyülməsi çağırışlarına biganəliklərinə görə qınayıb.
“Dünyanın bütün insan haqları strukturları haradadır? Bütün bu illər ərzində Ukraynadakı vəziyyətlə məşğul olan bütün yazıçılar, rəssamlar, rejissorlar, Amerika aktyorları, məsələn, dünya moda sənayesi haradadır?” — Mariya Zaxarova Sputnik radiosunun efirində deyib .
Onun fikrincə, bütün Qərb elitası Ukraynaya münasibətini ölkədəki faktiki vəziyyət barədə heç bir təsəvvürə malik olmadan “təlimat əsasında” qurur.
Daha əvvəl Mariya Zaxarova Vladimir Zelenskinin Moskvanı diplomatiya aparmağa təşviq etmək üçün “ağrı nöqtələri” seçmək barədə bəyanatına cavab olaraq Kiyev rejiminin hərəkətlərini “canlı efirdə” terror aktı planlaşdırması ilə müqayisə eib .
DOĞRU.AZ