image-2000x150px
image-123
image-ads_atlas
image-img-20220926-wa0124backend

Zəfər yolunun başlanğıcı – 27 Sentyabr

image-728x90px

27 Sentyabr- Ürək döyüntüləri, həyəcan, sevinc, qürur, fərəh, eyni zamanda müqəddəs təlaşdan doğmuş kədər. Bu həmin gün idi ki, xalq təxminən otuz il bu günün həsrəti ilə yaşadı. Böyük bir ordu bu gün üçün təlimlər keçdi. Sanki hər şey bu gün üçün hesablanmışdı. Həmin gün yer də, göy də, təbiət də bizim – haqqın tərəfində idi. Haqqımızın bərpa olunmasının ilk müjdələri gəlirdi. Havadan Vətən qoxusu hiss olunurdu. Bir hərbçinin dediyi kimi: “Nə döyüşməli havadır?!”

27 Sentyabr –iki il bundan öncə Ermənistan ölkəmizə qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi, yaşayış məntəqələrimizi atəşə tutmağa başlamışdı. Namərdcəsinə planlanmış bu həmlə nəticəsində xeyli sayda hərbçimizlə yanaşı mülki insanlarımız həyatını itirdi. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz bu qanlı təxribata cavab olaraq əks-hücum əməliyyatına keçmişdi. 44 gün davam edən və tarixə “İkinci Qarabağ savaşı” kimi düşən bu şanlı müharibə bizim tam qələbəmizlə başa çatdı. Bu müddətdə biz BMT-nin məşhur qətnamələrini öz gücümüzlə icra etdik. Ədaləti, beynəlxalq hüququ bərpa etdik. Bir gözümüz gülüb, bir gözümüz ağlasa da milli ləyaqətimizi özümüzə qaytardıq. İllərdir həsrətində olduğumuz Vətən torpaqlarına şanlı ordumuzun ayağı dəydi, səmalarında üç boyalı bayrağımız dalğalandı. Qulağımız televiziya xəbərlərində, gözümüz cənab prezidentin rəsmi sosial şəbəkə profillərində idi.

27 Sentyabr – Azərbaycan Respublikasının Prezidenri İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş  əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis edilən bu gün ölkəmizdə Anım Günü kimi qeyd edilir. Biz bu şanlı tarixlə fəxr edirik, çünki bizlər artıq qalib xalqın vətəndaşlarıyıq. Düşmənlərin bir neçə ilə işğal etdiyi əraziləri 44 günə dişi ilə, dırnağı ilə azad edən oğulların sayəsində biz bu gün dünyaya Şuşa vaxtı ilə baxırıq. Al-əlvan Vətən bağının içində bu gün xarı bülbülü də görürük. Düşmən bilirdi ki, bu torpaqlar onların deyil və onu da bilirdilər ki, evin sahibi gec-tez evinə qayıdacaq. Əks halda uçurub-dağıtmaq əvəzinə qurub yaradardılar. İllərlə müdafiə sədləri tikməzdilər. Bilməli idilər ki, mifləşdirdikləri, əfsanə kimi təqdim etdikləri o keçilməz istehkamları Azərbaycan ordusu cəmi bir neçə saata darmadağın edəcək. Çünki cənab prezident demişkən: “Bizi heç kim dayandıra bilməzdi. Bu gün bütün beynəlxalq aləm bizim qələbəmizlə razılaşır. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf Azərbaycandır”

Şəhidlərimizin xatirəsi hər il 27 Sentyabr saat 12:00-da ölkə üzrə bir dəqiqəlik sükutla yad ediləcək. Bundan sonra bu torpaqlarda təxribat törətmək istəyən düşmən bilsin ki, bu sükut fırtınadan öncəki səssizlik də ola bilər. Bilsinlər ki, “müharibənin və qələbənin rəmzi olan dəmir yumruq yerindədir. Bunu heç kim unutmasın!”

Elvin Əlizadə

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki