image-2000x150px
image-123
image-ads_atlas
image-upload-2023-02-02t124109z_1020256514_rc203z9sxypo_rtrmadp_3_ukraine-crisis-eu-pic_32ratio_1200x800-1200x800-7088backend

Zelenski Avropa Komissiyasının rəhbəri ilə taxıl ixracı üçün dəhlizləri müzakirə edib

image-728x90px

Ukrayna prezidenti Vladimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə Ukrayna taxılının ixracı üçün mümkün dəhlizləri müzakirə edib. Bu barədə o, Telegram kanalında yazıb.

Zelenskinin sözlərinə görə, onlar alternativ taxıl marşrutlarını müzakirə ediblər və Aİ-yə üzv ölkələrdən birtərəfli məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı konstruktiv dialoqun davam etdirilməsi, eləcə də ukraynalı fermerlərə dəstək tədbirlərinin hazırlanması barədə razılığa gəliblər.

“Avropa İttifaqına dörd il ərzində 50 milyard avro dəyərində uzunmüddətli maliyyə yardımı proqramı hazırladığına görə minnətdarıq. Biz onun üzv ölkələrin dəstəyinə ümid edirik”, – deyə Zelenski yekunlaşdırıb.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki