image-ads_n1karobka_mobile
image-volodymyr_zelensky_220222backend

Zelenski Bəhreynin xarici işlər naziri ilə görüşüb

Ukrayna prezidenti Vladimir Zelenski Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zayani ilə görüşüb.

Bu barədə o, Telegram kanalında yazıb.

Az-Zayaninin Kiyevdə rəsmi səfərdə olduğu qeyd edilir.

“Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əz-Zəyaninin Ukraynaya səfəri dövlətlərimiz arasında əməkdaşlığın və dəstəyin mühüm siqnalıdır”, – deyə Ukrayna Prezidenti qeyd edib.

Bundan əvvəl Zelenski Hollandiyaya səfər edib. Ukrayna lideri ölkənin müdafiə naziri Kaysa Ollonqrenin müşayiəti ilə Susterberqdəki hərbi hava bazasına baş çəkib və hərbçilərlə söhbət edib. Bazaya getməzdən əvvəl onu Hollandiya kralı Villem-Aleksandr qəbul edib.

Mənbə: BBC.com

Doğru.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki