image-ads_n1karobka_mobile
image-9e7e91a74f302940962108bfca2f4455backend

Zelenski bu azərbaycanlılara vətəndaşlıq verib

Ukraynada müharibə müddətində 3 Azərbaycan vətəndaşının doğulan uşaqlarına vətəndaşlıq verilib.

 Ukrayna Dövlət Miqrasiya Xidmətindən Report-un Şərqi Avropa bürosuna verilən açıqlamada bildirilir ki, bunlardan ikisi Ukrayna Prezidentinin sərəncamının “Ukrayna vətəndaşlığına qəbul” ilə bağlı 9-cu bəndinə əsasən baş tutub.

Bir uşaq isə valideynlərindən biri Ukrayna vətəndaşı olduğu üçün avtomatik vətəndaşlıq alıb.

Bu ailələlər müharibə müddətində ölkəni tərk etməyiblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki