image-n1karobka_ads
image-123
image-1739880446_5307742510661102734backend

Zelenski Ərdoğanla danışıqlardan sonra Ankaranı tərk edib

image-ad_qayo_720x110px

Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlardan sonra Ankaranı tərk edib.

“Dünən Türkiyəyə gələn Zelenski və onu müşayiət edən nümayəndə heyətinin olduğu təyyarə Ankaradan havaya qalxıb. Zelenski və nümayəndə heyətini ticarət naziri Ömər Bolat yola salıb”, – CNN Türk xəbər verir.

Telekanal qeyd edib ki, Türkiyə lideri ilə danışıqlar üç saata yaxın davam edib.

Fevralın 18-də Ərdoğan Zelenski ilə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparıb . Görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Türkiyəni Rusiya, Ukrayna və ABŞ arasında danışıqlar üçün “ideal” yer adlandırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki