Ukrayna prezidenti Vladimir Zelenski yaxın vaxtlarda Qərb ölkələrindən Kiyevə F-16 qırıcılarının gətiriləcəyini gözləmədiyini, lakin F-16-ların Ukrayna ordusuna mümkün təhvil verilməsinə çox sevindiyini qeyd edib.
Zelenski bunu Almaniyanın ZDF telekanalının efirində deyib.
“Mən çox xoşbəxtəm” dedi.
Zelenski qeyd edib ki, sabah bütün müdafiə vasitələrinin Ukraynada olması lazım olduğunu düşünmür.
“Hazırlanmalıyıq, amma hər halda, bu, əla nəticədir. Bütün ölkələrə, tərəfdaşlarımıza təşəkkür edirik”, – deyə Ukrayna lideri bildirib.
Mənbə: BBC