Əks-hücumla yanaşı, F-16 qırıcıları Odessadan dəniz yoluna nəzarət etmək üçün Ukrayna Silahlı Qüvvələrinə də lazımdır.
Bunu CNN-ə müsahibəsində Ukrayna lideri Vladimir Zelenski deyib.
“Bu gün ruslar bu dəhlizi əngəlləməyə başlasalar, bizim bu barədə deyəcək heç nəyimiz olmayacaq, lakin F-16-lar bizə bu dəhliz üçün müdafiə qurmaq imkanı verir”, o, Odessaya istinad edərək deyib.
Prezident qeyd edib ki, Kiyev hakimiyyəti Rusiya aviasiyasına nisbətən havada üstünlük əldə etmək niyyətində deyil – cəbhədə “sadəcə bərabər olmaqdan gedir”.
Mənbə: Lenta.ru