Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşdən sonra Rusiyaya qarşı sanksiyaların daha da gücləndirilməsinə çağırıb.
Doğru.az xəbər verir ki, bu barədə STRANA.ua məlumat yayıb. Görüş zamanı tərəflər Ukraynada sülhə aparan yolları və bu istiqamətdə birgə atıla biləcək praktik addımları müzakirə ediblər.
“Biz sülhə gedən yolu və onu daha da yaxınlaşdırmaq üçün praktiki olaraq birlikdə nə edə biləcəyimizi müzakirə etdik… Və təbii ki, Rusiyaya və ona kömək edənlərə qarşı sanksiyalar”, – deyə Zelenski bildirib.
Ukrayna lideri səfərə görə Keyt Kelloqa, həmçinin dəstək siqnallarına görə ABŞ-ın sabiq prezidenti Donald Trampa təşəkkür edib.
Qeyd edək ki, daha əvvəl “Axios” portalı Zelenskinin Donald Trampla görüşə kostyum geyinərək “dəli kimi deyil” görüntü verdiyini yazmışdı.
DOĞRU.AZ