image-2000x150px
image-123
image-ads_atlas
image-59-pic_32ratio_1200x800-1200x800-23114backend

Zelenski Ukraynanın müdafiə sektorunda kadr dəyişikliyi etdi

image-728x90px

Ukrayna prezidenti Vladimir Zelenski hərbi-texniki əməkdaşlıq siyasəti və ixraca nəzarət üzrə İdarələrarası Komissiyanın rəhbəri Aleksandr Polişçuku əvəzləyib. Bu barədə Ukrayna dövlət başçısının saytında dərc olunan müvafiq sərəncama əsasən, iqtisadiyyat nazirinin müavini İqor Fomenko yazıb.

“Ukrayna İqtisadiyyat nazirinin müavini İqor Aleksandroviç Fomenko Hərbi-Texniki Əməkdaşlıq Siyasəti və İxrac Nəzarəti üzrə İdarələrarası Komissiyanın rəhbəri təyin edilsin, A.Polişçuk bu idarələrarası komissiyanın rəhbəri vəzifəsindən azad edilsin”. sənədin mətnində deyilir.

Ukrayna lideri Fomenkoya “müəyyən olunmuş qaydada iki həftə ərzində idarələrarası komissiyanın kadr tərkibi ilə bağlı təkliflər təqdim etməyi” tapşırıb.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki