image-2000x150px
image-123
image-ads_atlas
image-2023-07-29t135312z_1019751172_rc21d2a4ij08_rtrmadp_3_ukraine-crisis-zelenskiy-bakhmut-pic_32ratio_900x600-900x600-97463backend

Zelenski yavaş əks-hücum keçirməsinə baxmayaraq, Putinə fasilə vermək istəmir

image-728x90px

Ukrayna prezidenti Vladimir Zelenski CBS telekanalına müsahibəsində əks-hücumun ləng getdiyini etiraf edib, lakin Rusiya qüvvələrinə “möhlət verməməyə” çağırıb.

Ukrayna liderinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı “çox sürətli deyil”, lakin “biz Rusiya prezidenti Vladimir Putinə fasilə verməməliyik”.

“Biz ərazimizi mümkün qədər azad etməli və irəli getməliyik, hətta [yarım mil] və ya yüz metrdən az olsa belə, bunu etməliyik”, – Zelenski vurğulayıb.

Ukrayna prezidenti həmçinin bəyan edib ki, münaqişə ərazilərin bir hissəsinin verilməsi ilə bitməyəcək. O, əlverişli hava şəraiti başa çatdıqdan sonra Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun davam edəcəyinə işarə edib.

Mənbə: Reuters

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki