image-2000x150px
image-123
image-ads_atlas
image-volodymyr_zelensky_220222backend

Zelenski Yeni Zelandiyanın baş naziri ilə Sakit okean regionunda Ukraynaya dəstəyi müzakirə edib

image-728x90px

Ukrayna prezidenti Vladimir Zelenski Yeni Zelandiyanın baş naziri Kris Hipkinslə telefon danışığı apardığını bildirib.

Onun sözlərinə görə, söhbət zamanı o, Yeni Zelandiya Nazirlər Kabinetinin rəhbəri ilə Sakit okean regionu ölkələri arasında Kiyevin dəstəyini müzakirə edib.

“Mən Yeni Zelandiyanın Baş naziri Kris Hipkinslə telefonla danışdım. Ukrayna hərbçilərinin təlimində iştiraka görə təşəkkür edirik <…> Biz Sakit okean regionu ölkələrinin Ukraynanı dəstəkləmək üçün konsolidasiyasının vacibliyini müzakirə etdik”, – Zelenski Twitter-də yazıb.

Ukrayna Prezidentinin qeyd etdiyi kimi, o, Yeni Zelandiya ilə əməkdaşlığın davam etdirilməsinə ümid edir. O, həmçinin əlavə edib ki, tərəflərin qarşılıqlı fəaliyyəti həm müdafiə, həm də humanitar məsələlərə aiddir.

Mənbə: BBC.com

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki