image-n1karobka_ads
image-123
image-682cbdf902e8bd411458db47backend

Zelenskinin Trampı öz tərəfinə çəkmək cəhdi uğursuz oldu

Vladimir Zelenskinin ABŞ prezidenti Donald Trampı öz tərəfinə çəkmək cəhdi uğursuz alınıb.

Bu barədə The Wall Street Journal yazır.

Məqalədə vurğulanır ki, Kiyev ABŞ prezidentinin demək olar ki, bütün təklifləri ilə razılaşıb. O cümlədən, faydalı qazıntılarla bağlı müqavilə imzalayıb və Türkiyədə Rusiya ilə danışıqlar aparıb.

Ancaq bu yanaşma, nəşrin qeyd etdiyi kimi, Zelenskiyə demək olar ki, heç nə gətirmədi. Tramp Rusiya lideri Vladimir Putinlə danışdıqdan sonra yenidən Moskvanın münaqişənin həlli üçün təklif etdiyi addımlara keçib və Rusiyaya qarşı mövqeyini yumşaldıb.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, Vladimir Zelenskinin danışıqları pozmaq cəhdi iflasa uğrayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki