image-2000x150px
image-123
image-ads_atlas
image-24232_2uhe9yapbobackend

Zəngilanın işğaldan azad olunmasından bir il ötür

image-728x90px

Zəngilan şəhərinin düşmən işğalından azad olunmasından bir il ötür.

Doğru.az xəbər verir ki, Prezident İlham Əliyev ötən ilin oktyabrın 20-də xalqa müraciətində işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.

Həmin gün Zəngilan şəhəri ilə yanaşı, rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri də düşmən tapdağından azad edilib.

Eyni zamanda, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng kəndləri azadlığına qovuşub.

Prezident xalqa müraciətində Vəng kəndinin Çinarlı adlandırılacağını elan edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki