Sankt-Peterburq təmsilçisi “Zenit” klubu Braziliyanın “Kruzeyro” komandasında çıxış edən hücumçu Kayo Xorjeyə transfer təklifi edib.
Doğru.az xəbər verir ki, UOL nəşrinin məlumatına görə, “Zenit” səxavətli təklif irəli sürsə də, nə futbolçu, nə də “Kruzeyro” rəhbərliyi danışıqlara maraq göstərmir.
23 yaşlı Kayo Xorje bu mövsüm Braziliya çempionatında 19 oyunda 13 qol vuraraq bombardirlər siyahısına başçılıq edir. Onun əsas məqsədi – “Kruzeyro” klubunda qalaraq Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin diqqətini cəlb etməkdir.
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun baş məşqçi postuna Xorxe Xesusun təyin olunduğu bildirilmişdi.
DOĞRU.AZ