image-n1karobka_ads
image-123
image-17646007821065832472_1200x630backend

11 il əvvəlki qətl açıldı: Şübhəli həbs edilib

image-ad_qayo_720x110px

Sabunçu Rayon Prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarının birgə həyata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ilin noyabrında 1977-ci il təvəllüdlü Namiq Naib oğlu Hənifənin qəsdən öldürülməsi müəyyən olunub.

Doğru.az xəbər verir ki, araşdırmalar zamanı 1990-cı il təvəllüdlü, Azərbaycan vətəndaşı Hüseyn Gülağa oğlu Cəfərovun Namiq Hənifəyə bıçaqla xəsarət yetirərək ölümünə səbəb olması ehtimalı üzə çıxıb.

Dekabrın 1-də Hüseyn Cəfərov Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, ona ittiham elan edilib və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bildirir ki, əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə işlər davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki