image-2000x150px
image-123
image-ads_atlas
image-315517590_1157918141483521_6092490480431874383_nbackend

11 yaşlı uşaq zəkası ilə Hokinq və Eynşteyni geridə qoydu

image-728x90px

Böyük Britaniyanın Lids şəhərindən olan bir yeniyetmə zəka testində 18 yaşdan kiçik insanlar arasında ən yüksək bal toplayıb və intellekt baxımından Stiven Hokinq və Albert Eynşteyni qabaqlayıb.

11 yaşlı Yusif Şahın dostları həmişə onun çox ağıllı olduğunu deyirdilər və bir gün yeniyetmə bunun doğru olub-olmadığını yoxlamaq qərarına gəlib. İntellektual qabiliyyətlərini qiymətləndirmək üçün Şah “Mens IQ” testindən keçib və rekord qiymət alıb. Onun nəticəsi fiziklər Stiven Hokinq və Albert Eynşteyninkindən bir pillə yüksək olub.

Yeniyetmə nailiyyətini valideynləri və qardaşları ilə birlikdə restoranda qeyd edib. Şahın anasının dediyinə görə, o, oğlunun uğurlarından çox qürur duyur, amma zarafatla qeyd edir ki, onsuz da atası daha ağıllıdır.

“Biz sevinirik, amma baş verənlərə çox da ciddi yanaşmırıq. Oğluma həmişə deyirəm ki, istedadlı olsan da, yenə də ən çalışqan olmalısan”, – deyə Yusufun anası bildirib.

Şah gələcəkdə Oksford və ya Kembricdə riyaziyyat təhsili almaq arzusundadır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki