Azərbaycan Premyer Liqasında çıxış edən “Turan Tovuz” öz tarixində 40-cı məğlubiyyətini yaşayıb.
Doğru.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Qərb təmsilçisi Premyer Liqanın XXXIV turunda “Neftçi” ilə qarşılaşmada 1:2 hesabı ilə məğlub olub. Bu nəticə klubun çempionatdakı ümumilikdə 106-cı oyununda baş verib.
Komanda bu vaxta qədər ev oyunlarında 21, səfər matçlarında isə 19 dəfə uduzub. “Turan Tovuz” Premyer Liqadakı ilk məğlubiyyətini 2022-ci il avqustun 8-də “Qəbələ”yə qarşı keçirtdiyi ev oyununda almışdı – 0:2.
Qeyd edək ki, Tovuz təmsilçisi cari mövsümdə bəzən sürpriz nəticələrlə yadda qalsa da, sabitlik problemi yaşayır.
DOĞRU.AZ