image-n1karobka_ads
image-123
image-1747120496197168487_1200x630backend

Bu gün IX “Muğam” Televiziya Müsabiqəsi başlayır

Mayın 13-də Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə IX “Muğam” Televiziya Müsabiqəsinə start verilir.

Doğru.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqədə 8–30 yaş arası yeniyetmə və gənclər iştirak edir. Ümumilikdə, dinləmələrdən seçilmiş 30 ifaçı muğamın klassik və çağdaş örnəklərini təqdim edəcək.

Münsiflər heyətində Xalq artistləri Arif Babayev, Mələkxanım Əyyubova, Mənsum İbrahimov və başqaları yer alır. Yarışmalar hər həftənin II və IV günləri Azərbaycan Televiziyası və Mədəniyyət TV vasitəsilə canlı yayımlanacaq.

Final konserti və qaliblərin mükafatlandırılması avqust ayında keçiriləcək.

Qeyd edək ki, bu il “Muğam” Televiziya Müsabiqəsinin 20 illik yubileyidir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki