Seysmoloqlar Sakit okeanda Cənubi Kuril adaları sahilləri yaxınlığında 4,0 bal gücündə zəlzələ qeydə alıblar.
Bu barədə RİA Novosti-yə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.
“Zəlzələnin episentri Şikotan adasının Krabozavodskoye kəndindən 19 km şimal-şərqdə, ocağı isə 62 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan olunmayıb.
İyunun 22-nə keçən gecə Cənubi Kuril adaları sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.
DOĞRU.AZ