image-n1karobka_ads
image-123
image-deo18oqwpalcdyjbkvycmiz7oewbu2x6tkzjcobo_1200backend

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Senatının üzvü seçilib.

Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın Türkiyədə yeni atom elektrik stansiyasının layihəsində iştirak etməyə hazır olduğunu açıqlayıb

Doğru.az Modern.az-a istinadən xəbər verir ki, FIA Senatı qurumun əsas idarəedici strukturlarından biridir. Bu orqan Beynəlxalq Avtomobil Federasiyasının maliyyə, kommersiya və ümumi idarəçilik məsələlərinə cavabdehdir.

Senat, eyni zamanda avtomobil idmanı sahəsində beynəlxalq standartların müəyyən edilməsi, yol hərəkəti təhlükəsizliyinin artırılması və avtomobil sənayesinin inkişafı istiqamətində mühüm qərarlar qəbul edir.

Qeyd edək ki, Anar Ələkbərovun bu vəzifəyə seçilməsi Azərbaycanın beynəlxalq avtomobil idmanı aləmində artan nüfuzunun göstəricisi kimi dəyərləndirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki