“İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Fikir” İnformasiya Platforması layihəsinin icrasına başlayır. Platforma gəncləri narahat edən məsələləri gündəmə gətirmək, onlarla bağlı müxtəlif videoreportajlar hazırlamaq, eyni zamanda aktual məsələləri müzakirə və debat formatlı proqramlar vasitəsi ilə izləyicilərə çatdırmağı planlaşdırır.
Təşkilatın 15 illiyinə həsr olunmuş toplatında “İslahatçı Gənclər” İctimai Birliyinə yeni üzvlərin qəbulu baş tutub. Böyük Vətən Müharibəsi qazisi Kamran Qasımov, cüdo üzrə dünya çempionatının mükafatçısı Rafiq Nəcəfov, Türkiyənin Milli Müdafiə Universitetinin pilotçu məzunu Ümid Sadıqov, tanınmış müğənni Çinarə Məlikzadə, teleaparıcı Namidə İsayeva, ictimaiyyətlə əlaqələr üzrə mütəxxəssis Müjgan Əliyeva, fəal gənclər Mikayıl Mirzəzadə və Gülnarə Abbasova birliyin üzvlüyünə qəbul ediliblər.




























