image-2000x150px
image-123
image-ads_atlas
image-333013942_512563174147489_7507755539578998030_nbackend

2023-cü il “Oskar” mərasiminə “böhran qrupu” cəlb olunacaq – FOTO

image-728x90px

“Oskar 2023” mərasiminə bir il əvvəl Uill Smitin yaratdığı qalmaqallı vəziyyətlər kimi hallara cəld reaksiya verməli olan xüsusi “böhran qrupu” cəlb olunacaq.

Bu qərarı Amerika Kino Akademiyası verib.

“Hər şey böhranın xüsusiyyətlərindən asılı olaraq baş verəcək və ümid edək ki, heç nə olmayacaq və biz onlardan heç vaxt istifadə etməyəcəyik”, – Akademiyadan bildirilib.

Vurğulanıb ki, artıq mümkün fəsadların bir neçə ssenarisi və onlara cavab tədbirləri hazırlanıb.

Xatırladaq ki, ötən il Amerika kino sənayesinin əsas şousu Uill Smitlə bağlı qalmaqalın kölgəsində qalmışdı. Aparıcı Kris Rokun Uill Smitin həyat yoldaşının saç düzümü ilə bağlı zarafatı aktyorun xoşuna gəlməmiş və o, səhnəyə çıxaraq həmkarının üzünə şillə vurmuşdu. Daha sonra Smit davranışına görə üzr istəsə də, Akademiya onu on il müddətinə “Oskar” mərasimlərində iştirakdan uzaqlaşdırmışdı.

Qeyd edək ki, növbəti “Oskar” mərasimi 12 mart 2023-cü ildə keçiriləcək.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki