2025-ci ildə doğulan uşaqlara Dua, Həkim, Limanə, Almagül kimi qəribə adlar qoyulub.
Doğru.az xəbər verir ki, bu adlar gələcəkdə uşaqlar üçün gülüş hədəfi ola və psixoloji travma yarada bilər.
Bəzi hallarda şəxslər adlarını dəyişmək istəsələr də, bu proses asan deyil. Ali Məhkəmə ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mübahisələrdə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Qərara əsasən, ictimai maraqların qorunması məqsədilə ad və soyadların dəyişdirilməsinə məhdudiyyət qoyula bilər.
DOĞRU.AZ