Çində Yaponiya təcavüzünə qarşı Xalq Müqavimət Müharibəsi və İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçiriləcək.
Doğru.az xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, tədbirlərdə 26 xarici ölkə lideri iştirak edəcək. Paradda Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Məsud Pezeşkian, KXDR Dövlət Şurasının sədri Kim Çen In və Slovakiyanın baş naziri Robert Fiko da yer alacaqlar.
Xatırladaq ki, Çin hakimiyyəti daha əvvəl sentyabrın 3-də Pekində keçiriləcək paradda iştirakla bağlı bəzi ölkələrin çağırışlarını rədd etmiş və Yaponiyaya etiraz bildirmişdi.
DOĞRU.AZ